Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
İnşikak 1 / 25
1
Göy yarılacağı,
V.Mammadaliyev 84:1
2
Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman;
V.Mammadaliyev 84:2
3
Yer uzanıb dümdüz olacağı;
V.Mammadaliyev 84:3
4
Qoynunda olanları bayıra atıb boşaldacağı;
V.Mammadaliyev 84:4
5
Və Rəbbinin buyurduğunu haqq olaraq eşidib (Ona) itaət edəcəyi zaman (insan dünyada yaxşı və pis əməllərinin cəzasını layiqincə alacaqdır)!
V.Mammadaliyev 84:5
6
Ey insan! Sən (ölənə qədər) Rəbbinə doğru çalışıb çabalayırsan. Sən Ona qovuşacaqsan! (Sənin qısa ömrün gündən-günə səni Allaha yaxınlaşdırır. Ölümün gəlib çatması Allah dərgahına qovuşmaq deməkdir. Öləndən sonra Allahın hüzuruna gedib dünyada etdiyin yaxşı, pis əməllərin əvəzini tamamilə alacaqsan. Yaxşı əməllər etmisənsə, xoş halına. Pis əməllər etmisənsə, vay halına!)
V.Mammadaliyev 84:6
7
Kimin əməl dəftəri sağ əlinə verilmişsə,
V.Mammadaliyev 84:7
8
Onun yüngül haqq-hesab çəkiləcək
V.Mammadaliyev 84:8
9
Və o, (Cənnətdəki) ailəsinin (yaxınlarının) yanına sevinclə qayıdacaqdır!
V.Mammadaliyev 84:9
10
Kimin əməl dəftəri arxa tərəfdən (sol əlinə) verilmişsə,
V.Mammadaliyev 84:10
11
O: “Ay öldüm!” – deyə şivən qopardacaq,
V.Mammadaliyev 84:11
12
Və Cəhənnəmə vasil olacaqdır!
V.Mammadaliyev 84:12
13
O, (dünyada) öz ailəsi (yaxınları) arasında sevinc içində idi.
V.Mammadaliyev 84:13
14
Və elə zənn edirdi ki, (öləndən sonra dirilib haqq-hesab üçün Rəbbinin hüzuruna) qayıtmayacaqdır.
V.Mammadaliyev 84:14
15
Xeyr! (Onun düşündüyü kimi deyildir. O, qiyamət günü dirilib Allahın hüzuruna qayıdacaqdır). Həqiqətən, Rəbbi onu görürdü.
V.Mammadaliyev 84:15
16
And içirəm şəfəqə,
V.Mammadaliyev 84:16
17
Gecəyə və (gecənin) qoynuna aldıqlarına,
V.Mammadaliyev 84:17
18
Bədirlənməkdə olan aya ki,
V.Mammadaliyev 84:18
19
Siz (ey kafirlər, qiyamət günü) haldan-hala düşəcəksiniz!
V.Mammadaliyev 84:19
20
Onlara nə olub ki, iman gətirmirlər?
V.Mammadaliyev 84:20
21
Özlərinə Qur’an oxunduqda səcdə etmirlər?
V.Mammadaliyev 84:21
22
Əksinə, kafir olanlar (Allahın vəhdaniyyətini və ayələrini) təkzib edirlər.
V.Mammadaliyev 84:22
23
Halbuki Allah onların (ürəklərində) gizlətdiklərini ən gözəl biləndir!
V.Mammadaliyev 84:23
24
(Ya Peyğəmbər!) Onlara (qiyamət günü düçar olacaqları) şiddətli bir əzabla müjdə ver!
V.Mammadaliyev 84:24
25
İman gətirib yaxşı əməllər edənlər istisna olmaqla! Onları (Cənnətdə) minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir!
V.Mammadaliyev 84:25
İnşikak suresi tamamlandı