1
Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!
2
Qalx (qövmünü Allahın əzabı ilə) qorxut!
4
Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)
5
(Əzaba səbəb olacaq) pis şeylərdən uzaqlaş! (Bütləri tərk et!)
6
(Etdiyin yaxşılığı) çox bilib başa qalxma! (Heç kəsə minnət qoyma!)
7
Rəbbinin yolunda (Rəbbinin rizasını qazanmaq üçün bu yolda sənə üz verəcək bütün çətinliklərə) səbr et!
9
O gün çox ağır bir gün olacaqdır;
10
(O gün) kafirlər üçün asan olmayacaqdır!
11
(Ya Peyğəmbər!) Məni Öz yaratdığım kimsə ilə tək burax! (Vəlid ibn Müğirə kimi kafirin cəzasını yalnız Mənə tapşır!)
12
Mən ona bollu mal-dövlət əta etdim;
13
Yanında hazır duran oğullar (verdim);
14
Ona (hər şeyi) artıqlaması ilə müyəssər etdim (sərvət və mənsəbi ayağının altına döşədim).
15
(Bütün bunlardan) sonra yenə də (var-dövlətini) artırmağımı istəyir.
16
Xeyr (bu ola bilməz). Çünki o, ayələrimizə qarşı inadkar oldu.
17
Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!
18
O (Qur’an barəsində) fikirləşdi və (orada deyilənləri öz ürəyində) ölçdü-biçdi.
19
Ölüm olsun ona! Necə ölçdü-biçdi?! (Peyğəmbərə sehrbaz dedi).
20
Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!
21
Sonra (qövmünün üzünə) baxdı.
22
Sonra üz-gözünü turşutdu, qaşqabağını tökdü.
23
Sonra da (imandan) üz çevirdi, (Peyğəmbərə tabe olmağa) təkəbbür göstərdi.
24
Və dedi: “Bu (sehrbazlardan) öyrənilən sehrdən başqa bir şey deyildir!
25
Bu yalnız bəşər sözüdür!”
26
Biz onu Səqərə atacağıq (orada yandıracağıq).
27
(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, nədir Səqər!
28
O (heç kəsi sağ) qoymaz və (salamat) buraxmaz!
29
İnsanı yandırıb-yaxar!
30
Onun üstündə on doqquz (nəfər gözətçi mələk) vardır.
Sonraki 26 ayet →