Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Nuh 1 / 28
1
Həqiqətən, Biz Nuhu: “Qövmünə şiddətli bir əzab gəlməmişdən əvəl onları (Allahın əzabı ilə) qorxut!” – deyə öz tayfasına peyğəmbər göndərdik.
V.Mammadaliyev 71:1
2
O dedi: “Ey qövmüm! Həqiqətən, mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!
V.Mammadaliyev 71:2
3
Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin!
V.Mammadaliyev 71:3
4
(Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər (cəzanızı dünyada verməyib axirətə saxlayar). Allahın (əzəldən lövhi-məhfuzda) müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə, o əsla tə’xirə salınmaz. Kaş biləydiniz!”
V.Mammadaliyev 71:4
5
O dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (imana, haqq yola) də’vət etdim!
V.Mammadaliyev 71:5
6
Lakin də’vətim onların (imandan) qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı.
V.Mammadaliyev 71:6
7
Sənin onları bağışlamağın üçün mən nə zaman onları (imana) də’vət etdimsə, onlar (də’vətimi eşitməsinlər deyə) barmaqlarını qularlarına tıxadılar, (məni görməsinlər deyə) libaslarına büründülər, (küfrlərində) israr edib durdular və təkəbbür göstərdilər.
V.Mammadaliyev 71:7
8
Sonra mən onları uca səslə (açıq-açığına haqqa) də’vət etdim.
V.Mammadaliyev 71:8
9
Daha sonra onlara (iman gətirmək lazım olduğunu) aşkar söylədim və gizli bildirdim”.
V.Mammadaliyev 71:9
10
Və dedim: “(Tövbə edib) Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, (tövbə edən bəndəsinin günahlarını) çox bağışlayandır!
V.Mammadaliyev 71:10
11
O sizə göydən bol yağış göndərər;
V.Mammadaliyev 71:11
12
O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradır və çaylar axıdar!
V.Mammadaliyev 71:12
13
Sizə nə olub ki, Allahın əzəmətindən çəkinmirsiniz? (Sizə nə olub ki, Allahın əzəmət və qüdrətindən qorxmur, Onu layiqincə uca tutmursunuz? Yaxud iman gətirəcəyiniz təqdirdə Allahın axirətdə sizə mərhəmət əta edəcəyinə ümid bəsləmirsiniz?)
V.Mammadaliyev 71:13
14
Halbuki O sizi cürbəcür (və ya müxtəlif mərhələlərlə - əvvəl nütfə, sonra laxtalanmış qan, sonra bir parça ət və, nəhayət, insan şəklində) xəlq etdi.
V.Mammadaliyev 71:14
15
Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?!
V.Mammadaliyev 71:15
16
Orada ayı bir nur, günəşi də bir çıraq etdi.
V.Mammadaliyev 71:16
17
Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi.
V.Mammadaliyev 71:17
18
Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır.
V.Mammadaliyev 71:18
19
Allah yeri sizin üçün xalı etdi (fərş kimi ayaqlarınızın altına döşədi) ki,
V.Mammadaliyev 71:19
20
Onun geniş yollarında gəzəsiniz!”
V.Mammadaliyev 71:20
21
Nuh dedi: “Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə (öz kafir başçılarına) tabe oldular.
V.Mammadaliyev 71:21
22
(Onların kafir başçıları mənim əleyhimə) çox böyük bir hiylə qurdular.
V.Mammadaliyev 71:22
23
Və (tabeçiliyində olanlara) dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suva’ı, Yəğusu, Yəuqu və Nəsri atmayın!”
V.Mammadaliyev 71:23
24
Onlar çoxlarını yoldan çıxartdılar. Sən də (ey Rəbbim!) ancaq onların zəlalətini artır!”
V.Mammadaliyev 71:24
25
Onlar öz günahlarından dolayı suda boğdurulub Cəhənnəmə daxil edildilər və özlərinə onları Allahdan (Allahın əzabından) qurtaracaq köməkçilər də tapa bilmədilər!
V.Mammadaliyev 71:25
26
Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!
V.Mammadaliyev 71:26
27
Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər.
V.Mammadaliyev 71:27
28
Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mö’min kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mö’min kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!”
V.Mammadaliyev 71:28
Nuh suresi tamamlandı