1
Rəhman! (Mərhəmətli olan Allah!)
2
(Öz peyğəmbərinə) Qur’anı öyrətdi.
4
Ona danışmağı (fikrini və duyğularını bəyan etməyi) öyrətdi.
5
Günəş və ay müəyyən bir ölçü ilə (hərəkət edər).
6
Otlar da, ağaclar da (Allaha) səcdə edər!
7
Göyü. O ucaltdı, tərəzini (ədalət tərəzisini) O qoydu!
8
Ona görə ki, çəkidə hədi aşmayasınız (insafı əldən verməyəsiniz).
9
Tərəzini düz tutun, çəkini əskiltməyin! (Çəkidə insaflı olun, tərəzini korlamayın!)
10
Yeri də (bütün) məxluqat üçün O döşədi.
11
Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları;
12
(Yaşıl ikən yarpar, quruluğunda saman olan) saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər (reyhan, qızılgül, yasəmən, bənövşə, qərənfil və s.) vardır.
13
(Ey cinlər, ey insanlar!) Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
14
İnsanı (Adəmi) saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan O yaratdı.
15
(Cinlərin əcdadı) cannı da tüstüsüz (təmiz) oddan O xəlq etdi.
16
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
17
İki məşriqin və iki məğribin Rəbbi (günəşin və ayın yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.
18
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
19
(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).
20
Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
21
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
22
Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.
23
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
24
Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur.
25
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
26
(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).
27
Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir.
28
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
29
Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz).
30
Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
Sonraki 30 ayet →