Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Zariyat 1 / 60
1
(Toz-torpağı) sovurub-dağıdan küləklərə;
V.Mammadaliyev 51:1
2
Yağış yüklü buludlara;
V.Mammadaliyev 51:2
3
Asanlıqla üzüb gedən gəmilərə;
V.Mammadaliyev 51:3
4
Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki,
V.Mammadaliyev 51:4
5
Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır).
V.Mammadaliyev 51:5
6
Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür!
V.Mammadaliyev 51:6
7
(Cürbəcür ulduz) yolları olan göyə and olsun ki,
V.Mammadaliyev 51:7
8
(Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz).
V.Mammadaliyev 51:8
9
Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və Peyğəmbərdən də elə o dönər!)
V.Mammadaliyev 51:9
10
Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!)
V.Mammadaliyev 51:10
11
O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar!
V.Mammadaliyev 51:11
12
Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar.
V.Mammadaliyev 51:12
13
O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir.
V.Mammadaliyev 51:13
14
(Mələklər onlara deyəcəklər:) “Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!”
V.Mammadaliyev 51:14
15
Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar;
V.Mammadaliyev 51:15
16
Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər.
V.Mammadaliyev 51:16
17
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
V.Mammadaliyev 51:17
18
Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər.
V.Mammadaliyev 51:18
19
Mallarında da dilənçinin və (abrına qısılıb dilənməyən) yoxsulun haqqı (payı) var idi.
V.Mammadaliyev 51:19
20
Yerdə (Allaha) tam yəqinliklə inananlar üçün (Onun əzəmət və qüdrətinə, vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır.
V.Mammadaliyev 51:20
21
Sizin özünüz də (sizi yaradanın birliyini sübut edən) əlamətlər vardır. Məgər görmürsünüz?
V.Mammadaliyev 51:21
22
Göydə də ruzinin (yağış, qar) və və’d olunduğunuz şey (mükafat, cəza) vardır! (Sizə və’d olunan mükafat, yaxud cəza Allah dərgahındakı lövhi-məhfuzda yazılmışdır).
V.Mammadaliyev 51:22
23
Göyün və yerin Rəbbinə (sahibinə) and olsun ki, bu (deyilənlər) sizin danışığınız (dediyiniz sözün öz sözünüz olması) kimi həqiqətdir.
V.Mammadaliyev 51:23
24
(Ya Rəsulum!) İbrahimin möhtərəm qonaqlarının (mələklərin) söhbəti sənə gəlib çatdımı?
V.Mammadaliyev 51:24
25
Onlar (İbrahimin) yanına gəlib salam verdikdə (İbrahim) salamı alıb (öz-özünə): “Bunlar tanımadığım kimsələrdir!” –dedi.
V.Mammadaliyev 51:25
26
O (bir bəhanə ilə) ailəsinin yanına getdi və bir buzov (kəsib qızardaraq) gətirdi.
V.Mammadaliyev 51:26
27
Onu qabaqlarına (qonaqların qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi.
V.Mammadaliyev 51:27
28
(İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər.
V.Mammadaliyev 51:28
29
(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)”
V.Mammadaliyev 51:29
30
Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!” – dedilər.
V.Mammadaliyev 51:30