Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Duhan 1 / 59
1
Ha, Mim!
V.Mammadaliyev 44:1
2
(Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki,
V.Mammadaliyev 44:2
3
Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq!
V.Mammadaliyev 44:3
4
Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur –
V.Mammadaliyev 44:4
5
Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk –
V.Mammadaliyev 44:5
6
Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir!
V.Mammadaliyev 44:6
7
O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)!
V.Mammadaliyev 44:7
8
Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir.
V.Mammadaliyev 44:8
9
Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə ürəkdən inanmır, Qur’ana və Peyğəmbərə istehza edirlər).
V.Mammadaliyev 44:9
10
(Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər!)
V.Mammadaliyev 44:10
11
(Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da, Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən napak şeyləri belə yeməyə məcbur olmuşlar).
V.Mammadaliyev 44:11
12
(Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!” (Məkkə müşriklərinin bu yalvarışından sonra Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı. Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı).
V.Mammadaliyev 44:12
13
Onlara hara, öyüd-nəsihət eşitmək hara?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəldi,
V.Mammadaliyev 44:13
14
Onlar isə ondan üz çevirib belə dedilər: “(Bu başqası tərəfindən) öyrədilmiş bir divanədir! (Özü heç bir şey bilmir, Qur’anı kimsə ona öyrədir)”.
V.Mammadaliyev 44:14
15
Biz sizi bu əzabdan azacıq qurtaracağıq, siz isə (yenidən küfrə) qayıdacaqsınız!
V.Mammadaliyev 44:15
16
Onları lap möhkəm yaxalayacağımız gün (qiyamət, yaxud Bədr vuruşu günü), şübhəsiz ki, Biz (onlardan) intiqam alacağıq!
V.Mammadaliyev 44:16
17
And olsun ki, Biz onlardan əvvəl Fir’on qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər (Musa) gəlmişdi.
V.Mammadaliyev 44:17
18
(O demişdi:) “Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mö’təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!
V.Mammadaliyev 44:18
19
Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!”
V.Mammadaliyev 44:19
20
(Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi:) “Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram!
V.Mammadaliyev 44:20
21
Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!”
V.Mammadaliyev 44:21
22
Sonra (Musa) Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür! (Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)”
V.Mammadaliyev 44:22
23
(Allah buyurdu:) “Bəndələrimi (İsrail oğullarını) götürüb gecə ikən onlarla yola çıx. Siz (Fir’on və onun qövmü tərəfindən) tə’qib olunacaqsınız!
V.Mammadaliyev 44:23
24
Dənizi də açıq (və sakit) burax! (Dəryanı – Nil çayını keçdikdən sonra əsanı suya vurub orada açılmış yolları bağlama. Qoy Fir’on və qoşunu dəryada yollar açıldığını görüb ora girsinlər). Onlar suya qərq olacaq əsgərlərdir!”
V.Mammadaliyev 44:24
25
(Fir’onun bütün ə’yan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər;
V.Mammadaliyev 44:25
26
Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər).
V.Mammadaliyev 44:26
27
Və zövq aldıqları neçə-neçə ne’mətlər (tərk etdilər).
V.Mammadaliyev 44:27
28
(Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını (İsrail oğullarını) varis etdik!
V.Mammadaliyev 44:28
29
Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi! (Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır. Budur küfrün nəticəsi!)
V.Mammadaliyev 44:29
30
İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq,
V.Mammadaliyev 44:30