Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Saffat 1 / 182
1
And olsun (Rəbbinə ibadət üçün səmada) səf-səf duranlara (mələklərə);
V.Mammadaliyev 37:1
2
(Buludları) qovduqca qovanlara (yaxud şeytanların pis əməllərinə mane olanlara, insanlara günah işlər görməyi qadağan edənlərə)
V.Mammadaliyev 37:2
3
Və Qur’an oxuyanlara!
V.Mammadaliyev 37:3
4
Həqiqətən, sizin Allahınız birdir!
V.Mammadaliyev 37:4
5
O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. Məşriqlərin (şərqin və qərbin – günəşin, ayın və ulduzların doğub batdığı yerlərin) də Rəbbi Odur.
V.Mammadaliyev 37:5
6
Biz (sizə) ən yaxın olan göy üzünü (dünya səmasını) ulduzlarla bəzədik. (Günəş, ay və ulduzlar başqa-başqa göylərdə olduqları halda, siz onların hamısını özünüzlə müqayisədə ən yaxın bir yerdə, sanki başınızın üstündə görürsünüz).
V.Mammadaliyev 37:6
7
(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq.
V.Mammadaliyev 37:7
8
Onlar ali bəzmə (yuxarı aləmə, mələklər aləminin söhbətlərinə) qulaq asa bilməz və hər tərəfdən (axan ulduzlar vasitəsilə) qovulub atılar.
V.Mammadaliyev 37:8
9
(Səmadan) kənar edilərlər. Onları daimi bir əzab göyləyir!
V.Mammadaliyev 37:9
10
Ancaq (şeytanlar içərisində mələklərin söhbətlərindən bir sözü, bir xəbəri) çırpışdıran (oğrun-oğrun öyrənən) olsa, onu da dərhal yandırıb-yaxan bir ulduz (hər şeyi dəlib keçən bir mə’şəl) tə’qib edər.
V.Mammadaliyev 37:10
11
İndi (ya Peyğəmbər, bu müşriklərdən) soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Və ya: xilqətcə onlar güclüdürlər, yoxsa Bizim (başqa) yaratdıqlarımız? Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.
V.Mammadaliyev 37:11
12
Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəcüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər.
V.Mammadaliyev 37:12
13
Onlara (Qur’anla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.
V.Mammadaliyev 37:13
14
Bir mö’cüzə gördükdə isə ona istehza edərlər.
V.Mammadaliyev 37:14
15
Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir.
V.Mammadaliyev 37:15
16
Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
V.Mammadaliyev 37:16
17
Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”
V.Mammadaliyev 37:17
18
(Ya Peyğəmbər!) De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz).
V.Mammadaliyev 37:18
19
O yalnız dəhşətli bir səsdən (İsrafilin suru ikinci dəfə üfürməsindən) ibarətdir. Onlar dərhal (dirilib başlarına gətirilən müsibətlərə) baxacaqlar.
V.Mammadaliyev 37:19
20
Və deyəcəklər: “Vay halımıza! Bu, haqq-hesab (cəza) günüdür!”
V.Mammadaliyev 37:20
21
(Mələklər isə onlara belə deyəcəklər): “Bu (dünyada) yalan hesab etdiyiniz (haqq ilə batili, mö’minlə kafiri) ayırd etmə günüdür!”
V.Mammadaliyev 37:21
22
(Allah mələklərə belə buyuracaqdır:) “Yığın bir yerə zülm (küfr) edənləri, onların həmtaylarını və ibadət etdiklərini -
V.Mammadaliyev 37:22
23
Allahdan qeyri! Onlara Cəhənnəm yolunu göstərin!
V.Mammadaliyev 37:23
24
Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!”
V.Mammadaliyev 37:24
25
(Mələklər istehza ilə onlara deyəcəklər:) “Sizə nə olub ki, (bu gün dünyadakı kimi) bir-birinizə kömək edə bilmirsiniz?”
V.Mammadaliyev 37:25
26
Bəli, onlar bu gün (Allahın əmrinə) təslim olmuşlar!
V.Mammadaliyev 37:26
27
Onların bir qismi (tabe olanlar) digəri (öz başçıları) ilə çənə-boğaz olmağa başlayacaq.
V.Mammadaliyev 37:27
28
(Tabe olanlar öz başçılarına) deyəcəklər: “Siz bizim yanımıza (özünüzün haqlı olduğunuz barədə) and-amanla (bizim bərəkətli və uğurlu saydığımız sağ tərəfdən) gəlirdiniz. (Əslində isə bizi haqq yoldan azdırmısınız)”.
V.Mammadaliyev 37:28
29
(Başçıları) deyəcəklər: “Xeyr, siz (Allahın vəhdaniyyətinə) inanmırdınız.
V.Mammadaliyev 37:29
30
Və bizim sizin üzərinizdə heç bir hökmümüz də yox idi. Xeyr, siz (özünüz) azğın (günah etməkdə həddi aşmış) bir qövm idiniz.
V.Mammadaliyev 37:30