Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Sebe 1 / 54
1
Göylərdə və yerdə nə varsa, hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, hikmət sahibidir, (bəndələrinin bütün əməllərindən) xəbərdardır!
V.Mammadaliyev 34:1
2
Yerə daxil olanı da, (yerdən) çıxanı da, göydən enəni də, (göyə) qalxanı da O bilir. (Allahdan heç nə gizli qalmaz). O, rəhm edəndir, bağışlayandır!
V.Mammadaliyev 34:2
3
(Ayələrimizi) inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir!” – dedilər. (Ya Peyğəmbər! Sən onlara) de: “Xeyr, qeybi bilən Rəbbimə and olsun ki, qiyamət sizə gələcəkdir. Nə göylərdə, nə də yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz. Bundan kiçik, yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!”
V.Mammadaliyev 34:3
4
(Bütün bunlar ona görədir ki, Allah) iman gətirib yaxşı işlər görənləri mükafatlandırsın. Məhz onları bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!
V.Mammadaliyev 34:4
5
Ayələrimizi batil (aciz) etmək (Bizi aciz buraxmaq) üçün cəhd göstərənlər isə şiddətli, iyrənc bir əzaba düçar olacaqlar.
V.Mammadaliyev 34:5
6
(Kitab əhlindən Abdullah ibn Salam kimi) elm verilmiş kimsələr Rəbbindən sənə nazil edilənin (Qur’anın) haqq olduğunu və onun (mö’minlərə) yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tə’rifə) layiq olan Allahın yolunu göstərdiyini görürlər.
V.Mammadaliyev 34:6
7
Kafirlər (öz aralarında Peyğəmbər əleyhissəlama istehza edərək bir-birinə) dedilər: “Sizə siz parça-parça olub dağılandan (çürüyüb torpağa qarışandan) sonra yenidən yaradılacağınızı (dirildiləcəyinizi) xəbər verən bir adam göstərəkmi?
V.Mammadaliyev 34:7
8
Görəsən, o, Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var?” Xeyr, axirətə inanmayanlar özləri əzab içində, (haqdan) uzaq bir zəlalət içindədirlər. (Onlara axirətdə şiddətli əzab veriləcəkdir, çünki dünyada haqq yoldan çox azmışlar).
V.Mammadaliyev 34:8
9
Məgər onlar başlarının üstündəki göyü və ayaqlarının altındakı yeri görmürlərmi? (Yer və göy onları elə əhatə etmişdir ki, bu dairədən heç yerə çıxıb qaça bilməzlər). Əgər istəsək, onları yerə batırar, yaxud göyün bir parçasını onların başına endirərik. Şübhəsiz ki, bunda tövbə edib (Allaha tərəf) dönən hər bir bəndə üçün ibrət vardır!
V.Mammadaliyev 34:9
10
Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Siz ey dağlar, siz ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şə’ninə tə’riflə deyin!” – deyə buyurduq və dəmiri onun (onun əlindən) yumşaltdıq. (Davud dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldərdi).
V.Mammadaliyev 34:10
11
(Biz Davuda belə buyurduq:) “Geniş, uzun (insanın bədənini örtən) zirehlər düzəlt, (onları) toxuduğun zaman ölçüyə riayət et! (Zirehin həlqələri bir-birinə uyğun gəlsin, biri böyük, biri kiçik olmasın!) Və (siz də ey Davud ailəsi!) yaxşı işlər görün. Həqiqətən, Mən sizin etdiyiniz əməlləri görürəm!”
V.Mammadaliyev 34:11
12
Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mə’dənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən çıxırdısa, ona cəhənnəm odunun əzabından daddırırdıq.
V.Mammadaliyev 34:12
13
Onun (Süleyman) üçün nə istəsə - mə’bədlər (uca qəsrlər), heykəllər, (min nəfərdən ibarət qonağın və qoşunun birlikdə oturub yeyə biləcəyi) böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər. Siz, ey Davud ailəsi! (Allaha) şükranlıqla itaət edin! (Bu ne’mətə şükür edin!) Bəndələrimdən (ne’mətlərimə) şükür edəni azdır!
V.Mammadaliyev 34:13
14
Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.
V.Mammadaliyev 34:14
15
Səba (tayfasının) yurdunda (qüdrətimizə dəlalət edən) bir nişanə var idi. (Orada) sağdan və soldan (dağla əhatə olunmuş) iki bağça var idi. (Səba əhlinə belə buyurulmuşdu:) “Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. (Yurdunuz) gözəl bir diyar, (Rəbbiniz də) bağışlayan bir Rəbbdir!”
V.Mammadaliyev 34:15
16
Lakin onlar (itaətimizdən) üz döndərdilər, Biz də üstlərinə Ərim (bəndinin) selini göndərdik. (Bunun nəticəsində yurdlarını su basdı). Onların iki (gözəl) bağçasını (tikanlı) acı meyvəli, (içərisində) yulğun ağacları və bir az da sidr ağacı olan iki bağçaya çevirdik.
V.Mammadaliyev 34:16
17
Onları nankorluqlarına görə belə cəzalandırdıq. Biz heç nankordan başqasına cəzamı verərik?
V.Mammadaliyev 34:17
18
Onların (Səba əhlinin) yurdu ilə bərəkət verdiyimiz məmləkətlət (Şam və Urdun) arasında bir-birinə bitişik (abad) qəsəbələr inşa etmiş, orada gediş-gəliş yaratmışdıq (belə ki, səfər zamanı yolçular o qəsəbələrin birində istirahət edir, axşam isə digərində yatıb dincəlirdilər). (Onlara belə demişdik:) “Gecələri-gündüzləri (istədiyiniz vaxt) orada arxayın gəzib-dolanın!”
V.Mammadaliyev 34:18
19
Lakin onlar: “Ey Rəbbimiz! Səfərlərimizin arasını (məsafəni) uzaq et!” – dedilər və öz-özlərinə zülm etdilər. Biz onları pərən-pərən salıb dillərdə dastan etdik. (Onlardan Qəssan qəbiləsi Şama, Əzd qəbiləsi Omana, Xüzaə qəbiləsi Təhaməyə, Hüzeymə qəbiləsi İraqa, Övs və Xəzrəc qəbilələri isə Mədinəyə köçdü. Onlar barəsində “Səba əhli kimi pərən-pərən düşdülər” məsələsi çəkilməyə başlandı). Həqiqətən, bunda (çətinliklərə) səbir, (ne’mətlərə) çox şükür edən hər bir kəs üçün ibrətlər vardır!
V.Mammadaliyev 34:19
20
İblisin onlar haqqındakı zənni düz çıxdı. (İçərilərindən) bir dəstə mö’min istisna olmaqla, hamısı ona uydu.
V.Mammadaliyev 34:20
21
Əslində (İblisin) onlar üzərində heç bir hökmü yoxdur. Lakin Biz axirətə inananla ona şəkk edəni ayırd edib bilmək üçün (İblisə bu imkanı verdik). Sənin Rəbbin hər şeyi hifz edəndir! (Mö’minlərin və kafirlərin əməllərini mühafizə edər, qiyamət günü hərəyə öz əməlinin cəzasını verər).
V.Mammadaliyev 34:21
22
(Ya Peyğəmbər! Müşriklərə) de: “Allahdan başqa tanrı zənn etdiklərinizi (köməyə) çağırın”. Onlar göylərdə və yerdə zərrə qədər bir şeyə sahib deyillər. Nə onların bunlarda (göylərdə və yerdə) bir şərikliyi var, nə də (Allahın) onlardan bir köməkçisi var!
V.Mammadaliyev 34:22
23
Onun hüzurunda, izin verdiyi kimsələr istisna olamaqla, heç kəsin şəfaəti fayda verməz. (Elə isə hansı ağılla bütlər sizi Allaha yaxınlaşdıracaq, sizin üçün Allahdan şəfaət diləyəcəklər deyə, onlara ibadət edirsiniz?) Nəhayət, (bə’zi möhtərəm zatlara şəfaət etməyə izin verildiyinə görə məhşərə gətirilənlərin) ürəklərindən o (müdhiş) qorxu çıxınca onlar (şəfaət edəcək kəslərdən, yaxud mələklərdən sevinclə): “Rəbbiniz nə buyurdu?” – deyə soruşar, o biriləri də: “Haqqı (buyurdu)! (Şəfaətə izin verdi). O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!” – deyə cavab verərlər.
V.Mammadaliyev 34:23
24
(Ya Peyğəmbər! Müşriklərə) de: “Göylərdə və yerdən sizə ruzi verən kimdir?” (Əgər onlar sənə: “Bilmirik”,- deyə cavab versələr) de: “Allahdır! Elə isə doğru yolda olan, yaxud (haqq yoldan) açıq-aydın azan bizik, yoxsa siz?”
V.Mammadaliyev 34:24
25
De: “Siz bizim etdiyimiz günahlar barəsində sorğu-sual olunmayacaqsınız, biz də sizin etdiyiniz günahlar barəsində sorğu-sual olunmayacağıq!
V.Mammadaliyev 34:25
26
De: “Rəbbimiz (qiyamət günü) bizi (bir yerə) toplayacaq və aramızda ədalətlə hökm edəcəkdir. (Haqq olanlar Cənnətə, nahaq olanlar isə Cəhənnəmə gedəcəklər). Ədalətlə hökm edən (müşkülləri açan), (nə hökm etdiyini) bilən ancaq Odur!”
V.Mammadaliyev 34:26
27
De: “Ona qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr (heç kəs Ona şərik ola bilməz). Yenilməz qüvvət, hikmət sahibi ancaq O (bir olan) Allahdır!”
V.Mammadaliyev 34:27
28
(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara (mö’minlərə Cənnətlə) müjdə verdən, (kafirləri isə Cəhənnəm əzabı ilə) qorxudan bir peyğəmbər olaraq göndərdik. Lakin insanların (Məkkə müşriklərinin) əksəriyyəti (bunu) bilməz!
V.Mammadaliyev 34:28
29
Onlar (Məkkə müşrikləri): “Əgər doğru danışırsınızsa, (bir xəbər verin görək) bu və’d (əzab və’dəsi) nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar.
V.Mammadaliyev 34:29
30
(Onlara) belə de: “Sizə və’d olunmuş bir gün (qiyamət günü) vardır ki, ondan bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərsiniz!”
V.Mammadaliyev 34:30