Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Ta Ha 1 / 135
1
Ta, Ha!
V.Mammadaliyev 20:1
2
Biz Qur’anı sənə məşəqqət çəkməyin üçün nazil etmədik! (Peyğəmbər ayaq üstə, barmaqlarının ucunda durub o qədər namaz qılmışdı ki, mübarək qıçları şişmişdi).
V.Mammadaliyev 20:2
3
(Biz onu Allahın əzabından) qorxan bir kimsəyə yalnız öyüd-nəsihət olaraq (göndərdik).
V.Mammadaliyev 20:3
4
O, yeri və uca göyləri yaradandan (Allahdan) nazil olmuşdur.
V.Mammadaliyev 20:4
5
Rəhman ərşi yaradıb hökmü altına almışdır (ərşə hakimdir).
V.Mammadaliyev 20:5
6
Göylərdə və yerdə, onların arasında və torpağın altında (yeddi qat yerdə) nə varsa (hamısı) Onundur.
V.Mammadaliyev 20:6
7
(Ey insan!) Sən (dua edərkən) səsini ucaltsanda (ucaltmasan da, heç bir fərqi yoxdur). Çünki Allah sirri də, sirdən daha gizli olanı da (məxfini də) bilir. (Allah nəinki qəlblərin sirlərindən, hətta ani olaraq ürəklərdən keçən gizli niyyətlərdən də xəbərdardır. Buna görə də özünü yorub uca səslə dua, yaxud zikr etmə. Əsas məsələ Allaha edilən ibadətin səmimiyyətidir).
V.Mammadaliyev 20:7
8
Allahdan başqa heç bir tanrı yoxdur. Ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur!
V.Mammadaliyev 20:8
9
Musanın hekayəti sənə gəlib çatdımı? (Yaxud Musanın əhvalatı artıq sənə gəlib çatdı).
V.Mammadaliyev 20:9
10
(Musa Şüeybi Mədyəndə qoyub anasına və qardaşına baş çəkmək üçün zövcəsi ilə birlikdə Misirə gedərkən Tur dağının qərbində yerləşən Tuva vadisində gecə vaxtı bir uşağı dünyaya gəlmişdi. Onlar zil qaranlıq gecədə işıqsız qalıb yolu itirmişdilər). O zaman (Musa qarşıda) bir od görüb ailəsinə belə demişdi: “Siz (yerinizdə) durun. Mənim gözümə bir od sataşdı. Bəlkə, ondan sizə bir göz gətirdim, yaxud odun yanında bir bələdçi tapdım!”
V.Mammadaliyev 20:10
11
(Musa) odun yanına yetişdikdə belə bir nida gəldi: “Ya Musa!
V.Mammadaliyev 20:11
12
Mən, həqiqətən, sənin Rəbbinəm. Nə’leynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!
V.Mammadaliyev 20:12
13
Mən səni (peyğəmbər) seçdim. (Sənə) vəhy olunanı dinlə!
V.Mammadaliyev 20:13
14
Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!
V.Mammadaliyev 20:14
15
O saat (qiyamət saatı) mütləq gələcəkdir. Mənim onu az qala açmağım gəlir ki, hər kəs etdiyi əməlin əvəzini (mükafatını, yaxud cəzasını) alsın. (Və ya: Mən onu az qala Özümdən belə gizlədirəm; və ya: Mən onu Özümdən başqa hamıdan gizlədirəm. Yaxud: Mən onu zorla gizlədirəm, çünki qiyamətin yaxınlaşması hər addımda özünü müxtəlif əlamətlərlə biruzə verir).
V.Mammadaliyev 20:15
16
Ehtiyatlı ol ki, (qiyaməti) danıb nəfsinin istəklərinə uyan bir kəs səni ona inanmaqdan yayındırmasın, yoxsa məhv olarsan!
V.Mammadaliyev 20:16
17
Ya Musa! Sağ əlindəki nədir?”
V.Mammadaliyev 20:17
18
(Musa) dedi: “O mənim əsamdır. Ona söykənir, onunla qoyunlarımı xəzəl silkələyirəm. O, başqa işlərdə də karıma gəlir!”
V.Mammadaliyev 20:18
19
(Allah) buyurdu: “Ya Musa! Onu (əsanı yerə) at!”
V.Mammadaliyev 20:19
20
(Musa əsanı yerə) atan kimi o, dərhal bir ilan (əjdaha) olub sür’ətlə sürünməyə başladı.
V.Mammadaliyev 20:20
21
(Allah) buyurdu: “Tut onu, qorxma. Biz onu qaytarıb əvvəlki şəklinə salacağıq!
V.Mammadaliyev 20:21
22
Əlini qoltuğunun altına qoy ki, əlin (oradan sənin peyğəmbərliyinin həqiqiliyinə dəlalət edən) başqa bir mö’cüzə olaraq eyibsiz-qüsursuz, ağappaq çıxsın (günəş şüası kimi gözqamaşdırıcı şəfəq saçsın).
V.Mammadaliyev 20:22
23
Və Biz də (bununla) sənə ən böyük mö’cüzələrimizdən (bir neçəsini) göstərək.
V.Mammadaliyev 20:23
24
(Ya Musa! Bu mö’cüzələrlə bir peyğəmbər kimi) Fir’onun yanına get! O, həqiqətən, azğınlaşıb həddini aşmışdır (Allahlıq iddiasına düşmüşdür)”.
V.Mammadaliyev 20:24
25
(Musa) dedi: “Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yerinə yetirməyə qadir olmaq, Fir’onla danışmağa cür’ət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət;
V.Mammadaliyev 20:25
26
İşimi yüngülləşdir;
V.Mammadaliyev 20:26
27
Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki,
V.Mammadaliyev 20:27
28
Sözümü yaxşı anlasınlar!
V.Mammadaliyev 20:28
29
Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver –
V.Mammadaliyev 20:29
30
Qardaşım Harunu!
V.Mammadaliyev 20:30