Ana SayfaMealler › Vasim Mammadaliyev and Ziya Bunyadov
VM

Vasim Mammadaliyev and Ziya Bunyadov

Vasim Mammadaliyev and Ziya Bunyadov
Vasim Mammadaliyev and Ziya Bunyadov meali ile okumaya başla
Tekasür 1 / 8
1
(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,
V.Mammadaliyev 102:1
2
Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz).
V.Mammadaliyev 102:2
3
Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
V.Mammadaliyev 102:3
4
Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!
V.Mammadaliyev 102:4
5
Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!
V.Mammadaliyev 102:5
6
(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!
V.Mammadaliyev 102:6
7
Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!
V.Mammadaliyev 102:7
8
Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!
V.Mammadaliyev 102:8
Tekasür suresi tamamlandı