Ana SayfaMealler › Alikhan Musayev
AM

Alikhan Musayev

Alikhan Musayev
Alikhan Musayev meali ile okumaya başla
Tekvir 1 / 29
1
Günəş sarınacağı zaman,
A.Musayev 81:1
2
ulduzlar soluxub sönəcəyi zaman,
A.Musayev 81:2
3
dağlar hərəkətə gətiriləcəyi zaman,
A.Musayev 81:3
4
boğaz dəvələr başlı-başına qalacaqları zaman,
A.Musayev 81:4
5
vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,
A.Musayev 81:5
6
dənizlər alovlanacağı zaman,
A.Musayev 81:6
7
hər kəs öz tayına qovuşdurulacağı zaman,
A.Musayev 81:7
8
diri-diri torpağa basdırılmış qız uşağı soruşulacağı zaman –
A.Musayev 81:8
9
hansı günaha görə öldürülmüşdür;
A.Musayev 81:9
10
səhifələr açılacağı zaman,
A.Musayev 81:10
11
göy qopardılacağı zaman,
A.Musayev 81:11
12
Cəhənnəm alovlandırılacağı zaman
A.Musayev 81:12
13
və Cənnət möminlərə yaxınlaşdırılacağı zaman,
A.Musayev 81:13
14
hər kəs bu gün üçün özünə nə tədarük etdiyini biləcəkdir.
A.Musayev 81:14
15
And içirəm gecə çıxıb gündüz batan ulduzlara,
A.Musayev 81:15
16
seyrə çıxıb gizlənən səyyarələrə,
A.Musayev 81:16
17
qaralmaqda olan gecəyə,
A.Musayev 81:17
18
və açılmaqda olan səhərə!
A.Musayev 81:18
19
Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.
A.Musayev 81:19
20
O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir,
A.Musayev 81:20
21
orada itaət ediləndir, etibarlıdır.
A.Musayev 81:21
22
Sizin dostunuz Muhəmməd divanə deyildir.
A.Musayev 81:22
23
O, Cəbraili aydın üfüqdə gördü.
A.Musayev 81:23
24
O, qeybdən də xəsislik edən deyildir.
A.Musayev 81:24
25
Bu Quran daşqalaq olunmuş şeytanın sözü də deyildir.
A.Musayev 81:25
26
Elə isə ondan üz döndərib hara gedirsiniz?
A.Musayev 81:26
27
Bu, aləmlərə yalnız bir nəsihətdir –
A.Musayev 81:27
28
sizlərdən doğru yolda olmaq istəyənlər üçün.
A.Musayev 81:28
29
Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!
A.Musayev 81:29
Tekvir suresi tamamlandı