Ana SayfaMealler › Alikhan Musayev
AM

Alikhan Musayev

Alikhan Musayev
Alikhan Musayev meali ile okumaya başla
Müzzemmil 1 / 20
1
Ey libasına bürünüb örtünmüş peyğəmbər!
A.Musayev 73:1
2
Az bir hissəsi istisna olmaqla gecələr namaza dur!
A.Musayev 73:2
3
Onun yarısını, yaxud ondan bir az əskilt,
A.Musayev 73:3
4
və ya ona artır. Quranı da aramla oxu!
A.Musayev 73:4
5
Həqiqətən Biz sənə ağır bir Söz (Quran) vəhy edəcəyik.
A.Musayev 73:5
6
Sözsüz ki, gecə qalxmaq çox çətin və Quran oxumaq daha münasibdir.
A.Musayev 73:6
7
Şübhəsiz ki, gündüz sənin üçün uzun-uzadı işlər vardır.
A.Musayev 73:7
8
Rəbbinin adını zikr et və özünü tamamilə Ona həsr et!
A.Musayev 73:8
9
O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu özünə Himayəçi götür!
A.Musayev 73:9
10
Müşriklərin dediklərinə səbir et və onlardan xoşluqla uzaqlaş.
A.Musayev 73:10
11
Məni, ayələrimi yalan sayan var-dövlət sahibləri ilə tək burax və onlara bir az möhlət ver.
A.Musayev 73:11
12
Həqiqətən, Bizdə onlar üçün qandallar və Cəhənnəm hazırlanmışdır,
A.Musayev 73:12
13
boğazda tıxanıb keçməyən yemək və ağrılı-acılı bir əzab da vardır.
A.Musayev 73:13
14
O gün yer və dağlar titrəyəcək, dağlar səpələnən qum təpəsinə dönəcəkdir.
A.Musayev 73:14
15
Həqiqətən, Biz Firona elçi göndərdiyimiz kimi sizə də şahidlik edəcək elçi göndərdik.
A.Musayev 73:15
16
Firon elçiyə asi oldu. Biz də onu şiddətli bir əzabla yaxaladıq.
A.Musayev 73:16
17
Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız?
A.Musayev 73:17
18
O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir.
A.Musayev 73:18
19
Həqiqətən, bu, bir nəsihətdir. Kim istəsə, Rəbbinə tərəf yönələr.
A.Musayev 73:19
20
Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi bəzən gecənin üçdə ikisindən az, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə namaz qılarkən Qurandan sizə asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən ruzi əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə namaz qılarkən Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allaha gözəl bir borc verin. Bu dünyada qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!
A.Musayev 73:20
Müzzemmil suresi tamamlandı