Ana SayfaMealler › Alikhan Musayev
AM

Alikhan Musayev

Alikhan Musayev
Alikhan Musayev meali ile okumaya başla
Necm 1 / 62
1
And olsun batmaqda olan ulduza!
A.Musayev 53:1
2
Sizin yoldaşınız nə haqdan azmış, nə də yoldan çıxmışdır.
A.Musayev 53:2
3
O, öz istəyi ilə danışmır.
A.Musayev 53:3
4
Bu, ona təlqin edilən bir vəhydir.
A.Musayev 53:4
5
Bunu ona çox qüvvətli olan öyrətdi –
A.Musayev 53:5
6
gözəl görünüşlü Cəbrail. O, yüksəlib öz surətində göründü.
A.Musayev 53:6
7
O, ən uca üfüqdə idi.
A.Musayev 53:7
8
Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi.
A.Musayev 53:8
9
O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
A.Musayev 53:9
10
Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi.
A.Musayev 53:10
11
Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı.
A.Musayev 53:11
12
İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
A.Musayev 53:12
13
Onu bir daha öz sürətində enərkən gördü –
A.Musayev 53:13
14
son həddəki Sidr ağacının yanında.
A.Musayev 53:14
15
Məva bağı da onun yanındadır.
A.Musayev 53:15
16
O zaman Sidr ağacını bürüyən bürümüşdü.
A.Musayev 53:16
17
Peyğəmbərin gözü yayınmadı və həddi aşmadı.
A.Musayev 53:17
18
O, öz Rəbbinin ən böyük dəlillərindən bəzisini gördü.
A.Musayev 53:18
19
Siz tapındığınız Lat və Uzzanı gördünüzmü?
A.Musayev 53:19
20
Həmçinin üçüncü olan Mənatı da?
A.Musayev 53:20
21
Məgər oğlanlar sizin, qızlar Onundurmu?
A.Musayev 53:21
22
Onda bu ədalətsiz bölgü olardı!
A.Musayev 53:22
23
Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
A.Musayev 53:23
24
Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?
A.Musayev 53:24
25
Axirət də, dünya da Allahındır.
A.Musayev 53:25
26
Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa heç kəsə heç bir fayda verməz.
A.Musayev 53:26
27
Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər.
A.Musayev 53:27
28
Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.
A.Musayev 53:28
29
Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!
A.Musayev 53:29
30
Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.
A.Musayev 53:30