Ana SayfaMealler › Alikhan Musayev
AM

Alikhan Musayev

Alikhan Musayev
Alikhan Musayev meali ile okumaya başla
Ta Ha 1 / 135
1
Ta. Ha.
A.Musayev 20:1
2
Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.
A.Musayev 20:2
3
Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.
A.Musayev 20:3
4
O, yeri və uca göyləri yaradan Allah tərəfindən nazil olmuşdur.
A.Musayev 20:4
5
Mərhəmətli Allah Ərşə ucaldı.
A.Musayev 20:5
6
Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.
A.Musayev 20:6
7
Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir.
A.Musayev 20:7
8
Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!
A.Musayev 20:8
9
Musanın əhvalatı sənə gəlib çatdımı?
A.Musayev 20:9
10
O zaman o, bir od görüb ailəsinə demişdi: “Dayanın! Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi tapdım!”
A.Musayev 20:10
11
Oda yaxınlaşdıqda bir səda gəldi: “Ey Musa!
A.Musayev 20:11
12
Həqiqətən, Mən sənin Rəbbinəm. Başmaqlarını çıxart. Çünki sən müqəddəs Tuva vadisindəsən!
A.Musayev 20:12
13
Mən səni seçmişəm. Sənə vəhy olunanı dinlə!
A.Musayev 20:13
14
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!
A.Musayev 20:14
15
Həmin Saat hökmən gələcək! Hər kəsə törətdiklərinin əvəzi verilsin deyə, Mən onu az qala Özümdən belə gizlədirəm.
A.Musayev 20:15
16
Qoy ona inanmayan və nəfsinin istəklərinə uyan bir kəs səni ondan yayındırmasın, yoxsa məhv olarsan!
A.Musayev 20:16
17
Sağ əlindəki nədir, ey Musa?”
A.Musayev 20:17
18
Musa dedi: “Bu mənim əsamdır. Ona söykənir və onunla qoyunlarıma yarpaq silkələyirəm. Bu, mənim üçün başqa işlərə də yarıyır”.
A.Musayev 20:18
19
Allah buyurdu: “At onu yerə, ey Musa!”
A.Musayev 20:19
20
Musa onu yerə atdı və o, dərhal ilan olub sürətlə sürünməyə başladı.
A.Musayev 20:20
21
Allah buyurdu: “Götür onu, qorxma! Biz onu əvvəlki halına qaytaracağıq.
A.Musayev 20:21
22
Əlini qoynuna sal ki, əlin oradan başqa bir möcüzə kimi ləkəsiz, ağappaq çıxsın.
A.Musayev 20:22
23
Belə etdik ki, sənə ən böyük möcüzələrimizdən bir neçəsini göstərək.
A.Musayev 20:23
24
Fironun yanına get! Çünki o, həddini aşmışdır”.
A.Musayev 20:24
25
Musa dedi: “Ey Rəbbim! Köksümü açıb genişlət!
A.Musayev 20:25
26
İşimi yüngülləşdir!
A.Musayev 20:26
27
Dilimdəki düyünü aç ki,
A.Musayev 20:27
28
sözümü anlasınlar!
A.Musayev 20:28
29
Mənə öz ailəmdən bir köməkçi ver –
A.Musayev 20:29
30
Qardaşım Harunu!
A.Musayev 20:30