1
Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
2
Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?
3
Onların üzərinə qatar-qatar quşlar göndərdi.
4
O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
5
Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.