1
Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2
gömülməklə qəbirləri ziyarət etdiniz.
3
Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4
Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5
Xeyr! Kaş ki, yəqin biləydiniz.
6
Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7
Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
8
Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.